Milli Qvardiyanın daha 2 min hərbçisi Los-Ancelesə göndəriləcək

2025/06/1749532525.jpg
Oxunub: 357     04:51     10 İyun 2025    
ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə Milli Qvardiyanın əlavə 2 min hərbçisinin göndərilməsi barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom “X”də yazıb.

Qubernator əmindir ki, Tramp belə bir əmri ictimai təhlükəsizlik maraqları naminə vermir:

“Əvvəllər Los-Ancelesə göndərilmiş Milli Qvardiyanın 2 min hərbçisindən yalnız 300-ü iğtişaşlara qarşı fəal iştirak edir, qalanları isə federal agentliyin binalarında boş oturur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Los-Anceles   Milli-Qvardiya  


Bizi "telegram"da izləyin