Makron parlamentin növbəti dəfə buraxılmasını istisna etməyib

2025/03/1741418140.jpg
Oxunub: 327     01:16     10 İyun 2025    
Fransa prezidenti Emmanuel Makron deputatların ölkənin inkişafına mane olacağı təqdirdə parlamentin növbəti buraxılmasının mümkünlüyünü istisna etmir.

Ordu.az xəbər verir ki, o, bunu Yelisey sarayı səhifəsində yayımlanan Nitsada keçirilən mətbuat konfransında bildirib.

Makron deyib: "Mən konstitusiya səlahiyyətlərindən imtina edənlərdən deyiləm. Əgər siyasi qüvvələr məsuliyyətsiz yol tutaraq ölkənin tərəqqisini əngəlləmək qərarına gəlsələr, ola bilsin ki, mən konstitusiyanın müddəalarına müraciət edim".

Fransa prezidentinin Beşinci Respublika Konstitusiyasının 12-ci maddəsinə uyğun olaraq ildə bir dəfədən çox olmayaraq Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxmaq hüququ var.

Əsas qanun dövlət başçısının parlamenti buraxmazdan əvvəl baş nazir və parlamentin hər iki palatasının spikerləri ilə məsləhətləşməsini tələb etsə də, o, qərarı tək qəbul edir. Növbəti dəfə prezident aşağı palatanı iyulun 7-dən sonra buraxa bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Parlament  


Bizi "telegram"da izləyin