Baş katib: NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir

2025/05/1747892299.jpg
Oxunub: 633     23:42     09 İyun 2025    
“NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir”.

Ordu.az xəbər verir ki, bu fikri alyansın baş katibi Mark Rütte Böyük Britaniyada keçirilən konfransda çıxışı zamanı deyib.

Avropa iqtisadiyyatının militarizasiyasını sürətləndirməyə çağıran Rütte bildirib ki, Rusiya hazırda NATO-ya hücum edə bilməz, lakin 3-5 il ərzində bunu edə biləcək.

“İqtisadiyyatı bütün NATO ölkələrinin iqtisadiyyatından 25 dəfə kiçik olsa da, Rusiya bütün alyans ölkələrinin cəmindən dörd dəfə çox sursat istehsal edir. Hər hansı bir münaqişənin əsasını sursat təşkil edir. Əgər sursat ehtiyatınız yoxdursa, işə başlamayın”.

O, NATO ölkələrini hava hücumundan müdafiə sistemlərinin sayını 5 dəfə artırmaqla, tankların, zərbə sistemlərinin, pilotsuz təyyarələrin istehsalını çoxaltmaqla və əhəmiyyətli silah-sursat ehtiyatı yaratmaqla buna hazırlaşmağa çağırıb.

Üç-beş illik rəqəmin haradan gəldiyi ilə bağlı sualları cavablandıran baş katib deyib ki, NATO hərbi rəsmiləri bundan danışır.

Məsələn, ötən gün Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib ki, Rusiya 2029-cu ilə qədər, yəni dörd ildən sonra NATO-ya hücum etməyə hazır olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin