Rusiya Prezidentinin köməkçisi: "2022-ci ildə sülh müqaviləsinin şərtləri indikindən daha yumşaq idi"

2025/05/1747322148.jpg
Oxunub: 409     19:08     09 İyun 2025    
Rusiyanın 2022-ci ildə Ukraynaya təklif etdiyi sülh şərtləri indikindən daha yumşaq idi.

Ordu.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski RT-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyev təkbaşına qərarlar qəbul etsəydi, sülh müqaviləsi həmin il fevralın 28-də imzalanacaqdı.

"Ukrayna istəsəydi, hazır olsaydı, o zaman biz 2022-ci il fevralın 28-də ilk iclasda sülh müqaviləsi imzalaya bilərdik", - Rusiya danışıqlar nümayəndə heyətinin rəhbəri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medinski   Rusiya  


Bizi "telegram"da izləyin