Ordu.az xəbər verir ki, müqavilə Qazaxıstan nümayəndə heyətinin Londona rəsmi səfəri çərçivəsində bağlanıb.
Yayımlanan bəyanata əsasən, əməkdaşlığın əsas hissələrindən biri Qazaxıstan hərbi qulluqçularının Britaniyanın hərbi ali təhsil müəssisələrində təhsil alması olacaq. Müqavilə, həmçinin sülhməramlı əməliyyatlara hazırlıq təlimi və dil hazırlıqlarını da əhatə edir.
Bu inkişaf iki ölkə arasında dərinləşən hərbi və diplomatik əlaqələrin bir hissəsidir. 2024-cü ilin aprel ayında Qazaxıstan və Birləşmiş Krallığın xarici işlər nazirləri strateji tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalamışdılar. Eyni dövrdə Britaniyanın xarici işlər naziri Mərkəzi Asiya ölkələri üçün iqtisadi layihələrə 50 milyon funt sterlinq ayrıldığını açıqlamışdı.
Bu razılaşma Qazaxıstanın Rusiya Federasiyasından hərbi və diplomatik mənada uzaqlaşdığına dair siqnal kimi qiymətləndirilir. Ölkənin Qərblə müdafiə və təhsil sahəsində təmaslarını artırması Avrasiya güc balansında əhəmiyyətli bir dəyişiklik göstəricisidir.
Sevinc Əliyeva
Ordu.az