İtaliya “Baykar”ın “Piaggio Aerospace” satın almasına yaşıl işıq yandırdı

2025/06/1749459325.jpg
Oxunub: 494     20:12     09 İyun 2025    
İtaliya hökuməti “Baykar” şirkətinin İtalyan aviasiya firması “Piaggio Aerospace”i satın alma prosesinə “Golden Power” (Qızıl Güc) adlı strateji müdaxilə mexanizmini tətbiq edərək rəsmi təsdiq verib.

Ordu.az xəbər verir ki, İtaliyanın “Il Sole 24 Ore” qəzetinə görə, hökumət 15 səhifəlik sənəddə “Baykar”ın əməliyyat və idarəetmə mərhələlərində əməl etməli olduğu təhlükəsizlik və iş zəmanəti şərtlərini ifadə edib.

Alqı-satqının 2025-ci ilin iyun ayı sonuna qədər tamamlanacağı və 1 iyul 2025 tarixindən etibarən “Baykar”ın rəsmi idarəçiliyi ələ alacağı bildirilir.

Strateji istehsal planları

Yeni mərhələdə “Baykar”ın Villanova d’Albenga və Cenova şəhərlərində yerləşən müəssisələri “Akıncı” kimi PUA sistemlərinin istehsalında strateji rol oynayacaq.

İlk mərhələdə 40 milyon avro sərmayə nəzərdə tutulub. Bu sərmayələr:

P.180 model təyyarələrin yeni versiyalarının hazırlanması,
Texniki xidmət və təmir mərkəzlərinin genişləndirilməsi,
Mühərrik istehsalı gücünün artırılması məqsədi daşıyacaq.

Bölgə rəhbərliyindən dəstək

Liquriya bölgəsinin iqtisadi nümayəndələri bu addımı “kritik və sürətləndirici” bir inkişaf kimi qiymətləndirib.

Bölgənin Sənaye Böhranı üzrə məsul şəxsi Paolo Ripamonti və İqtisadi İnkişaf nümayəndəsi Alessio Piana “Baykar” ilə rəsmi təmasların qısa zamanda baş tutacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Baykar   Piaggio-Aerospace  


Bizi "telegram"da izləyin