Ordu.az xəbər verir ki, bu barədə şirkətin CEO-su Romaş Şimonov “Ukraynanın Gələcəyini Qorumaq: Təhlükəsizlik Zəmanətləri və Mina Təmizləmə” adlı konfransda çıxış edərkən bildirib.
“Planlama mərhələsini tamamladıq və Ukraynadakı zavodumuzu fəaliyyətə keçirdik. Şirkət iki ay əvvəl təsis edilib və artıq aktiv fəaliyyət göstərir”, - deyə Şimonov qeyd edib.
Zavodun dəqiq yerləşməsi təhlükəsizlik səbəbi ilə açıqlanmayıb. Lakin “Roshel” CEO-su bildirib ki, istehsalın Ukraynaya köçürülməsi yalnız coğrafi deyil, həm də yerli ixtisaslı insan resurslarına çıxış baxımından önəmlidir.
“Roshel” istehsalı “Senator” tipli MRAP (mina və pusquya qarşı qorunan) zirehli vasitələr 2023-cü ildən bəri Ukrayna Ordusunda geniş şəkildə istifadə olunur. 2025-ci ilin may ayına qədər Ukrayna ordusunun inventarında 1800-dən çox “Senator” maşını yer alır.
Maşınlar “Ford F-550” şassisi üzərində istehsal edilir və döyüş sahəsindəki davamlılığı ilə seçilir. Komanda-nəzarət versiyaları da bu platforma əsasında hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az