Ordu.az xəbər verir ki, bunu Beyrut Amerika Universitetinin professoru Rami Xuri “Al Jazeera” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, son illərdə ABŞ diplomatiyasında tətbiq olunan çərçivə formatı ciddi öhdəliklər nəzərdə tutmur və daha çox irəliləyiş görüntüsü yaratmağa xidmət edir. Professor qeyd edib ki, sazişin əsas məqsədi İsrail ilə “Hizbullah” arasında qarşıdurmanın səviyyəsini azaltmaqdır. Lakin hərəkat danışıqlarda iştirak etməyib və Livan ordusu onun fikrincə, “Hizbullah”ı təkbaşına tərksilah etmək iqtidarında deyil.
Xuri bildirib ki, sənədin ABŞ Dövlət Departamentində imzalanması ABŞ və İsrail siyasi rəhbərliyinin nəticə nümayiş etdirmək istəyindən irəli gəlir.
Onun fikrincə, həm Donald Tramp, həm də Benyamin Netanyahu xarici siyasətdə uğur nümayiş etdirməkdə maraqlıdır. Xuri əlavə edib ki, əsas problem qeyri-bərabər yanaşmadır. Onun sözlərinə görə, bu yanaşmada İsrailin təhlükəsizliyinə üstünlük verilir, Livanın hüquqları isə ikinci plana keçirilir.
Sevinc Əliyeva
Ordu.az