İranlı rəsmi ABŞ-nin zərbəsini “atəşkəsin düşüncəsiz şəkildə pozulması” adlandırıb

2026/06/1782533618.jpg
Oxunub: 205     08:18     27 İyun 2026    
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın danışıqlar və atəşkəs prinsiplərinə sadiq olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

ABŞ-nin İrana endirdiyi zərbələri şərh edən Əzizi qeyd edib ki, “atəşkəsin bu düşüncəsiz şəkildə pozulması hər zaman olduğu kimi onların geri çəkilməsi və peşman olması ilə nəticələnəcək”.

O, həmçinin “X” sosial şəbəkəsində paylaşım edərək “ittiham oyunu artıq işləmir” ifadəsini işlədib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin