İran yüzlərlə ballistik raket istehsalı üçün Çinə arxalanır

2025/06/1749458760.jpg
Oxunub: 587     16:02     09 İyun 2025    
İran ABŞ ilə nüvə danışıqları fonunda hərbi potensialını bərpa etmək məqsədilə Çindən minlərlə ton ballistik raket xammalı sifariş edib.

Ordu.az “Wall Street Journal”a istinadən xəbər verir ki, sifarişə görə, “ammonium perchlorate” adlı kimyəvi maddə İrana göndərilir və bu, yüzlərlə bərk yanacaqlı raketin istehsalını mümkün edəcək.

Məlumata əsasən, bu maddənin bir hissəsi Yəməndəki Husi qrupları da daxil olmaqla İranın regiondakı vəkillərinə ötürüləcək.

İranın “Pishgaman Tejarat Rafi Novin Co.” şirkəti sifarişi Honkonq mərkəzli “Lion Commodities Holdings Ltd.” vasitəsilə ötən aylarda verib.

Fevral və mart aylarında 1000 tondan çox “sodium perchlorate” Çindən İrana daşınıb. Bu miqdar təxminən 260 ədəd qısa mənzilli raketin istehsalı üçün kifayətdir. Yeni və daha böyük müqavilə çərçivəsində isə “ammonium perchlorate” maddəsi ilə 800 raket istehsal edilə biləcək.

ABŞ Maliyyə Nazirliyi 29 aprel tarixində İran və Çin mərkəzli 12 şəxs və təşkilatı sanksiya siyahısına daxil edib.

Aprel ayında “Şəhid Raci Limanı”nda baş verən böyük partlayış nəticəsində onlarla insan həyatını itirib. Partlayışda Çindən gətirilmiş “sodium perchlorate” ehtiyatlarının da məhv olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Çin  


Bizi "telegram"da izləyin