Polşa ABŞ istehsalı 32 ədəd “Black Hawk” helikopterinin alınmasını dayandırıb

2025/06/1749458720.jpg
Oxunub: 481     18:44     09 İyun 2025    
Polşa hökuməti ordu üçün nəzərdə tutulan 32 ədəd “S-70i Black Hawk” helikopterinin alınması prosesini dayandırıb.

Ordu.az xəbər verir ki, məsələ ilə bağlı Polşa Müdafiə nazirinin müavini Pavel Bejda və Baş Qərargah rəisi Vyeslav Kukula mətbuat konfransı keçirib.

Bejda bildirib ki, bu proses əvvəlki hökumət dövründə başladılıb, lakin heç vaxt yekun müqavilə imzalanmayıb. “Heç bir müqaviləni ləğv etməmişik. Sadəcə bu prosesi bağladıq. Bu qərar hazırkı geosiyasi vəziyyət və Ukraynada müharibənin gedişatının təhlili əsasında verilib”, - deyə o qeyd edib.

Kukula isə bildirib ki, ordunun helikopter proqramında prioritetlər dəyişdirilib. Artıq təlim, hücum, dəniz və ağır nəqliyyat helikopterlərinin alınmasına üstünlük veriləcək. Planlaşdırılan tədarük ABŞ-nin “PZL Mielec” müəssisəsində istehsal ediləcək “S-70i Black Hawk” helikopterlərini əhatə edirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ  


Bizi "telegram"da izləyin