“Newsweek”: Türkiyə ilk yerli aiadaşıyıcı gəmisini inşa edir

2025/06/1749458206.jpg
Oxunub: 552     15:45     09 İyun 2025    
Türkiyənin ilk yerli aiadaşıyıcı gəmisi “Mugem”in inşası İstanbulda davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalının məqaləsində qeyd olunur.

Türkiyə Donanması Dizayn Layihə Ofisinin direktoru kapitan Hakan Uçar bildirib ki, gəmidə üstünlük yerli istehsal zərbə tipli PUA-lara və yüngül reaktiv təyyarələrə veriləcək.

Təxminən 285 metr uzunluğunda və 60 min ton ağırlığında olacaq gəmi, 50-yə qədər hava vasitəsi daşıya biləcək. Uçuş göyərtəsi, qısa məsafədən qalxış və enişi təmin edən STOBAR sistemi ilə təchiz olunacaq.

“Newsweek” Türkiyənin bu addımının NATO daxilindəki strateji rolunu gücləndirmə və müdafiə sənayesində müstəqillik hədəfini dəstəklədiyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “TRT World” vasitəsilə verdiyi açıqlamada “Müdafiə sənayesində tam müstəqil Türkiyə hədəfinə çatana qədər yolumuzdan dönməyəcəyik” ifadələrini işlədib.

Türkiyə, həmçinin yeni sualtı qayıqlar və TF-2000 sinfinə məxsus esmineslər də inkişaf etdirir. Ankaranın artan hərbi imkanlarının, xüsusilə Suriyadakı mövcudluğu və İsraillə rəqabət kontekstində diqqət çəkdiyi vurğulanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Newsweek   Türkiyə  


Bizi "telegram"da izləyin