Ordu.az xəbər verir ki, Yunanıstanın Müdafiə Naziri Nikos Dendias Fransanın Lorient şəhərində keçirilən mərasimdə 3-cü FDI sinfinə məxsus “Formion” freqatının suya buraxıldığını elan edib.
Dendias mərasimdəki çıxışında bildirib ki, FDI freqatları ilə Şərqi Aralıq dənizində güclü və etibarlı bir çəkindirmə qüvvəsi yaradırlar.
Yunan nazir 4-cü freqat üçün danışıqların uğurla tamamlandığını, bu gəmidə yunan müdafiə sənayesinin 25% yerli istehsal payına sahib olacağını və büdcənin əvvəlki gəmilərlə eyni səviyyədə qalacağını vurğulayıb. “Defence Review GR” xəbər portalının məlumatına görə, proqram yaxın aylarda müqavilə ilə rəsmiləşdiriləcək.
Dendias bu yeni gəminin adının “Themistoklis” olacağını bildirib. Bu gəmiylə birlikdə yunan müdafiə sənayesi ilk dəfə böyük miqyaslı proqramda 25% yerli istehsal payına çatır.
“Artıq yalnız müştəri deyil, istehsal ortağıyıq”, - deyə Dendias vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az