TSQ-yə UMTAS CİRİT zirehli tank əleyhinə vasitəsi təhvil verilib

2025/06/1749453026.jpg
Oxunub: 486     17:09     09 İyun 2025    
Türkiyə Silahlı Qüvvələrinə UMTAS CİRİT/Tırtıllı tipli zirehli tank əleyhinə vasitə təhvil verilib. Vasitənin yoxlama və qəbul prosesi tamamlanaraq inventara daxil edildiyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, nazirliyin sözçüsü Zeki Aktürk həftəlik mətbuat brifinqində bildirib.

“Yerli və milli müdafiə sənayemizin istehsal etdiyi silah və sistemlərlə Türkiyə Silahlı Qüvvələrinin fəaliyyət və çəkindirmə qabiliyyətinin artırılmasına yönəlik fəaliyyətlər davam etdirilir. Zirehli Tank Əleyhinə Vasitə (“UMTAS CİRİT/Tırtıllı”) yoxlama və qəbul prosesləri tamamlanaraq inventara daxil edilib”.

Təhvil verilən vasitə ROKETSAN tərəfindən hazırlanmış və müxtəlif platformalardan atılan CİRİT raketinin zirehli vasitələrdən də atılmasını təmin edən xüsusi bir layihə çərçivəsində istehsal edilib. Layihə ilə birlikdə L-UMTAS və UMTAS tipli tank əleyhinə raketlərin istifadəsi də nəzərdə tutulub.

Bu məqsədlə hazırlanmış YALMAN Silah Qülləsi CİRİT raketindən əlavə olaraq UMTAS və L-UMTAS raketlərinin də eyni platformadan buraxılmasına imkan verir. Sistemin sahə sınaqları Türkiyə Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətinə töhfə verməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   UMTAS   CİRİT  


Bizi "telegram"da izləyin