“Şimşek” PUA-sı sınaqdan sonra Samsun sahilinə çıxıb – FOTO

2025/06/1749452782.jpg
Oxunub: 365     12:32     09 İyun 2025    
Sinopda keçirilən raket sınaq atışlarında hədəf olaraq istifadə edilən “Şimşek” Pilotsuz Uçuş Aparatı (PUA) sınaqdan sonra Samsun sahilinə çıxıb.

Ordu.az xəbər verir ki, dənizə düşən “Şimşek” PUA-sı Samsunun Atakum rayonunun İncesu məhəlləsində sahilə çıxıb.

Vətəndaşların məlumatı əsasında əraziyə polis qrupları və TUSAŞ nümayəndələri göndərilib.

Əraziyə gələn “TUSAŞ” komandası, sahilə çıxan PUA-nı olduğu yerdən götürüb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimşek   PUA  


Bizi "telegram"da izləyin