MKE PİRANA İDP suüstü hərəkət sınaqlarından sonra həyata keçirilən hədəfə zərbə sınaqlarını da uğurla tamamlayıb və xidmətə hazır vəziyyətə gətirilib. 3,5 metrlik olduqca kiçik və iddialı bir hədəfi dəqiq şəkildə vuraraq məhv edib.
Yerli texnologiya ilə təchiz olunub
MKE tərəfindən hazırlanmış PİRANA İDP yüksək texnologiyalı döyüş başlığı və alışdırıcı mexanizmi ilə təchiz olunub.
Asimmetrik müharibə şəraiti nəzərə alınaraq dizayn edilən və operator tərəfindən idarə oluna bilən yarımavtonom dəniz platforması aşağı xərclə yüksək təsir gücü yaratmaq məqsədilə hazırlanıb.
Missiya profili:
Sürü istifadə konsepsiyasına uyğunlaşdırılacaq PİRANA düşmən qüvvələrinin dənizdə aşkarlanmasından sonra uzaqdan idarəetmə və ya avtonom rejimdə hədəfə yönələrək toqquşma anında partlayacaq şəkildə proqramlaşdırılıb.
Bu xüsusiyyəti sayəsində düşmən gəmilərinə, limanlara və baza ərazilərinə sızaraq təsirli hücum qabiliyyəti təmin edir.
Seçilən xüsusiyyətlər:
Yüksək sürət və manevr qabiliyyəti: PİRANA su jetli dizel mühərriki ilə 50 düyündən yüksək hərəkət sürəti sayəsində ani müdaxilələrdə üstünlük təmin edir.
İnkişaf etmiş avtonomluq: Həm uzaqdan idarəetmə, həm də avtonom rejimdə fəaliyyət göstərmə imkanı ilə yüksək çeviklik təqdim edir.
İnkişaf etmiş döyüş başlığı və alışdırıcı sistemi: 65 kq-lıq ön dəlici döyüş başlığı və dəqiq alışdırıcı mexanizmi ilə hədəfə tam dəqiqliklə və effektivliklə zərbə endirir.
Hədəfləmə və naviqasiya: Radioelektron müdaxiləyə davamlı CRPA dəstəkli GNSS naviqasiya sistemi, inkişaf etmiş elektro-optik müşahidə kameraları və missiya idarəetmə kompüteri ilə təchiz olunub.
Sızma və zərbə qabiliyyəti: Radar izi azaldılmış kompozit gövdə quruluşu ilə səssiz hərəkət rejimində düşmən müdafiə xəttini yara bilir.
Performans göstəriciləri:
Maksimal sürət: 50+ düyün
Uçuş məsafəsi: 200+ dəniz mili
Çəkisi: 1.200 kq
65 kq yüksək partlayıcılı döyüş başlığı (50 kq əsas döyüş başlığı + 15 kq ön dəlici)
Su jeti ilə çalışan dizel mühərriki
Dəniz dözümlülüyü: 4-cü səviyyə
İstifadə sahələri:
Düşmən gəmilərinə birbaşa hücum
Liman və baza ərazilərinə sızma
Dəniz əməliyyatlarında dəstək və diqqət yayındırma
PİRANA İPD MKE-nin Türk müdafiə sənayesinin dəniz qüvvələrinə qazandırdığı ən yeni kamikadze sistemlərdən biri kimi ön plana çıxır.
Yüksək texnologiyaya sahib bu vasitə MKE-nin milli mühəndislik vizyonunun, inkişaf etmiş AR-GE strukturunun və qabaqcıl texnologiya istehsal gücünün mühüm göstəricisidir.
Dəyanət Ağalarlı
Ordu.az