Tramp İlon Maska xəbərdarlıq edib

2025/06/1749318796.jpg
Oxunub: 587     21:44     07 İyun 2025    
ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.

“Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.

Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mask  


Bizi "telegram"da izləyin