Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub

2025/06/Ekran-1749302044.jpg
Oxunub: 552     16:50     07 İyun 2025    
Ukraynanın Odessa vilayətindəki Zatoka kurortunda iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın KİV-ləri Odessa vilayəti polisinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, partlayış iki nəfər dənizdə çimən zaman baş verib. Onların şəxsiyyətləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Mina  


Bizi "telegram"da izləyin