Sudanın yeni baş naziri hökuməti buraxıb

2025/06/1748840122.jpg
Oxunub: 468     00:11     02 İyun 2025    
Sudanın yeni baş naziri Kamil İdris hökumətin buraxıldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Sudan” xəbər agentliyi məlumat yayıb.

K. İdris nazirlərə və onların müavinlərinə yeni kabinet formalaşana qədər vəzifələrini icra etmələri barədə göstəriş verib.

Mayın ortalarında Sudanın Suveren Şurasının (ölkənin müvəqqəti idarəetmə orqanı) sədri Əbdülfəttah əl-Burhan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçmiş rəhbəri və prezidentliyə namizəd Kamil İdrisi baş nazir təyin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   Hökumət  


Bizi "telegram"da izləyin