ABŞ Çindən gələn riskləri azaltmaq niyyətindədir

2025/06/voa_s-1748804984.jpg
Oxunub: 907     21:31     01 İyun 2025    
ABŞ öz iqtisadiyyatını Çindən ayırmağa çalışmır, lakin Pekindən gələn riskləri azaltmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Skot Bessent deyib.

Onun sözlərinə görə, söhbət dərman vasitələri, nadir torpaq metalları, kritik minerallar və iqtisadi sahələrdə əməkdaşlıqdan gedir.

Bessent əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpinlə iki ölkə arasındakı münasibətləri müzakirə edəcəkləri qısa söhbətə ümid edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin