Niger Prezidenti: Sabitliyi pozan fransız qoşunlarına qarşı mübarizə aparırıq

2025/06/c8286-1748798838.jpg
Oxunub: 946     20:37     01 İyun 2025    
Fransa hərbi kontingentinin Benin ərazisində olması səbəbindən Niger və Benin arasındakı sərhəd bağlı qalacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Tele Sahel” dövlət telekanalında çıxış edən Niger Prezidenti Abdurahmane Tçiani bildirib.

“Biz Beninlə sərhədi bağlı saxlamışıq və sərhəd bağlı qalacaq. Ölkəmiz Beninə qarşı deyil, onun ərazisində olan, bizə zərər verə biləcək və sabitliyi pozan fransız qoşunlarına qarşı mübarizə aparırıq”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Böhran  


Bizi "telegram"da izləyin