Cənubi Koreya prezidentliyinə namizəd Hvan Gyo An namizədliyini geri çəkib

2025/06/683c7-1748793612.jpg
Oxunub: 953     21:16     01 İyun 2025    
Cənubi Koreyanın sabiq baş naziri, müstəqil siyasətçi Hvan Gyo An prezident seçkilərində namizədliyini geri çəkdiyini və "Vətəndaş Gücü" adlı mühafizəkar partiyanın namizədi Kim Mun Suya dəstək verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, Facebook sosial şəbəkəsində yazıb

“Bu gün prezidentliyə namizədlikdən imtina etdiyimi bəyan edirəm. Namizəd nömrə iki – Kim Mun Sunu dəstəkləyirəm”, – deyə Hvan Gyo An yazıb.

Realmeter sosioloji bürosunun 28 mayda açıqladığı sorğu nəticələrinə əsasən, müxalifətdə olan "Toburo" Demokrat Partiyasının namizədi Li Çje Myon respondentlərin 49,2%-nin dəstəyini qazanıb. Kim Mun Sunu isə 36,8% dəstəkləyib. Daha sonra Li Cun Sok (10,3%), Kvon Yon Guk (0,7%), Hvan Gyo An (0,4%), Son Cin Ho (0,2%) gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Seçki  


Bizi "telegram"da izləyin