Səudiyyə Ərəbistanının XİN rəhbəri: İsrail Yaxın Şərq münaqişəsinin həllinə can atmır

2025/06/683c6-1748793336.jpg
Oxunub: 944     20:54     01 İyun 2025    
“Fələstin Milli Administrasiyası Yaxın Şərq münaqişəsinin həllinə rasional mövqe nümayiş etdirir, lakin İsrail böhranı həll etməyə can atmır”.

Ordu.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud, Ammanda keçirilən nazirlik görüşündə bildirib.

İsrail hökumətinin bəzi ərəb ölkələrinin XİN rəhbərlərindən ibarət nümayəndə heyətinin Ramalaya girişini qadağan etməsi barədə qərarını şərh edən Feysəl bin Fərhan Əl Səud bu qərarın "yalnız onun ekstremist yanaşmasını gücləndirdiyini və təsdiqlədiyini" bildirib.

"Bundan əlavə, bu qərar İsrailin münaqişənin diplomatik yolla həlli istiqamətində bütün səylərdən imtina etdiyini göstərir. Açıq-aşkar bəllidir ki, onlar yalnız zorakılıq istəyirlər", – deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   İsrail  


Bizi "telegram"da izləyin