Ağ Ev: ABŞ və Çin liderləri bir həftə ərzində danışa bilər

2025/05/1748322412.jpg
Oxunub: 970     18:54     01 İyun 2025    
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında söhbət bir həftə ərzində baş tuta bilər.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin milli iqtisadi şurasının rəhbəri Kevin Hassett “ABC News”a müsahibəsində deyib.

“Bunun konkret tarixə təyin olunduğuna əmin deyiləm, lakin onlar arasında Cenevrədə əldə olunmuş razılaşma barədə müzakirələr aparılıb və bunu irəliyə doğru böyük addım kimi qəbul etdik. Prezident Trampın istəyi bu həftə danışmaqdır”.

Kevin Hassett hesab edir ki, hər iki tərəf söhbətdə maraqlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin