“Al Arabiya”: Qəzzada aclıq və xaos səbəbindən HAMAS təhlükəsizliyə nəzarəti itirib

2024/04/660e5-1712215267.jpg
Oxunub: 748     19:15     01 İyun 2025    
Fələstinin HAMAS hərəkatı Qəzza sektorunda təhlükəsizlik nəzarətini itirib. Bölgədə aclq böhranı və xaos fonunda humanitar yardım yük maşınlarının oğurluğu halları artıb.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat verib.

Mənbələrin sözlərinə görə, oğrular və cinayətkar qruplar humanitar yardım daşıyan yük maşınlarını ələ keçirir, evləri qarət edir və yerli əhalini qorxudurlar. HAMAS bu vəziyyətdən çıxış yolu tapmaq üçün nüfuzlu ailələrin liderlərindən dəstək almağa çalışır, lakin vəziyyət daha da pisləşir.

“Al Arabiya” mənbələrinin məlumatına görə, HAMAS-ın nəzarətində olan bütün nazirliklər və qurumlar fəaliyyətini dayandırıb. Qəzza sektorunun təhlükəsizlik sistemi isə rəhbər şəxslərin və HAMAS üzvlərinin qətlləri səbəbindən demək olar ki, işləmir. Bunun fonunda ekstremist qruplar fəaliyyətlərini gücləndirib və yeni üzvlər cəlb etməyə başlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin