Rəfahda humanitar yardım məntəqəsinə gedən onlarla fələstinli öldürülüb

2024/06/319c0-1717767436.jpg
Oxunub: 730     15:24     01 İyun 2025    
İsrail hərbçilərinin Qəzza zolağında humanitar yardımın paylanılması məntəqəsini atəşə tutması nəticəsində 31 fələstinli həlak olub, daha 170 nəfər yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə səhiyyə rəsmiləri və çoxsaylı şahidlərə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 1-də səhər saatlarında İsrailin hərbi qüvvələri Rəfahın qərbindəki əl-Məvasi bölgəsində yemək üçün gedən yüzlərlə insana zirehli texnikadan birbaşa atəş açıb.

Öz növbəsində, Fələstinin WAFA agentliyi 30 insanın öldüyünü və 115-dən çox yaralının olduğunu bildirib.

Agentliyin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında davam etdirdiyi əməliyyatlar nəticəsində azı 54 381 nəfər ölüb, 124 381 nəfərdən çox insan yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəfah   İsrail   Qəzza  


Bizi "telegram"da izləyin