ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

2019/06/815cf-7796830080.jpg
Oxunub: 847     14:14     01 İyun 2025    
ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində atışma baş verib, iki nəfər ölüb.

Ordu.az ABC-yə istinadən xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerif departamenti məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs tüfənglə insanlara atəş açıb. Hadisə nəticəsində biri polis olmaqla iki nəfər həlak olub, daha bir zabit yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Şerif Robert Lunanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin