Çin XİN: ABŞ Asiya-Sakit Okean regionunu "barıt çəlləyinə" çevirir

2024/08/cdb66-1724993615.jpg
Oxunub: 861     12:10     01 İyun 2025    
ABŞ Asiya-Sakit Okean regionunu silahlarla dolduraraq onu "barıt çəlləyinə" çevirir.

Ordu.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Müdafiə Nazirliyinin rəhbəri Piter Hegsetin Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda səsləndirdiyi fikirlərə münasibət bildirərkən açıqlama yayıb.

ABŞ regionda sülh və sabitliyə əsas təhlükə olaraq göstərilir

"ABŞ Asiya-Sakit Okean regionunda sülh və sabitliyin əsas pozucu amilidir. Onlar öz hegemonluğunu qorumaq və guya Hind-Sakit Okean strategiyasını həyata keçirmək üçün Cənubi Çin dənizi regionuna hücum xarakterli silahlar yerləşdirərək bölgədə gərginlik yaradır və onu barıt çəlləyinə çevirir", - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan açıqlamada bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin