Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edilib

2025/06/1748759919.jpg
Oxunub: 749     10:23     01 İyun 2025    
Venesuelanın Hərbi Əks-kəşfiyyatının Baş İdarəsi Karakasda Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Roman Frolenkonu həbs edib.

Ordu.az xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.

Qeyd edilir ki, o, San Bernardino rayonundakı evində mayın 15-də saxlanılıb, mənzildə axtarış aparılıb.

Nəşr həbsin Frolenkonun Karakasda yerli “La Piedrita” silahlı qruplaşması tərəfindən təşkil edilmiş Naməlum əsgər abidəsinin açılışında iştirak etməsi ilə əlaqələndirir.

“Frolenko bir neçə il ərzində Venesuelada qaranlıq bizneslə məşğul olub və özəl sahibkarları hədəf alan fırıldaqçılıqlar edib”, - mənbə “Infobae”yə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Venesuela  


Bizi "telegram"da izləyin