KİV: Böyük Britaniya ABŞ-dən nüvə silahı daşıyan qırıcılar almağı müzakirə edir

2025/03/1742288361.jpg
Oxunub: 1147     00:38     02 İyun 2025    
Böyük Britaniya hökuməti öz nüvə arsenalını artırmaq niyyətindədir və ABŞ-dən B61 bombalarını daşıya bilən F-35A qırıcılarının alınması barədə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Hazırda Birləşmiş Krallığın nüvə silahları yalnız amerikan “Trident II” (D5) ballistik raketlərini daşıyan dörd “Vanguard” tipli sualtı qayıqda yerləşdirilib. Nəşrin məlumatına görə, London buna taktiki nüvə silahı ilə təchiz edilmiş F35A qırıcılarını əlavə etmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin