Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat verib.
"Əziz qardaşım, Omanın xarici işlər naziri Bədr Əl Busaidi ABŞ-nin təkliflərini təqdim etmək üçün bu gün Tehrana qısamüddətli səfər etdi", - o yazıb.
Əraqçi layihənin təfərrüatlarını açıqlamasa da, rəsmi Tehranın milli maraqlardan çıxış edərək lazımi cavab verəcəyini vəd edib.
Ordu.az