Ordu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
AEBA İranın zənginləşdirilmiş uran ehtiyatının kəskin artdığını bildirib.
“İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb ki, bu da 24 kiçik məhsuldar nüvə bombası üçün kifayətdir”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, hesabat AEBA-nin Rəhbərlər Şurasının noyabrda verdiyi sorğudan sonra hazırlanıb.
"Yüksək zənginləşdirilmiş uranın sürətlə yığılması ciddi narahatlıq doğurur. Agentlik İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığına zəmanət verə bilməyəcək", - hesabatda deyilir.
Ordu.az