İran şimalda və cənubda iki AES-in tikintisi üçün əraziləri hazırlayıb

2025/05/1748693030.jpg
Oxunub: 579     15:43     31 May 2025    
İran ölkənin şimalında və cənubunda iki atom elektrik stansiyasının (AES) tikintisi üçün əraziləri hazırlayıb.

Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

"Yeddinci proqramın sonuna qədər (beşillik, 2024-cü ilin martı – 2029-cu ilin martı) İranda atom enerjisi gücü 3 min meqavata çatacaq, ölkənin cənubunda və şimalında iki elektrik stansiyasının tikintisi üçün ərazilər hazırlanıb", - o qeyd edib.

Hazırda İranda yalnız Buşehr şəhərində Rusiyanın köməyi ilə tikilən bir AES fəaliyyət göstərir. Atom stansiyasının birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   AES  


Bizi "telegram"da izləyin