Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Çinli hərbi ekspertlərin fikrincə, 4 mühərrikli Y-20 nəqliyyat təyyarəsinin platforması əsasında inşa edilən KJ-3000 Çinin havadan idarəetmə və müşahidə imkanlarını genişləndirmək üçün atdığı son addımdır.
İnternetdə yayımlanan fotoşəkillərdə böyük bir radar qübbəsi və KJ-3000-in gövdəsində, ehtimal ki, rabitə sistemləri üçün quraşdırılmış çoxsaylı antenalar göstərilir.
Yanacaq doldurma zondu da görünür ki, bu da təyyarənin uzun mənzilli missiyalar üçün nəzərdə tutulduğunu göstərir.
Çin rəsmiləri KJ-3000 proqramını rəsmi olaraq qəbul etməsələr də, ekspertlər təyyarənin tətbiqinin Pekinin daha geniş hərbi modernləşdirmə səylərinin, xüsusən də hava məkanında komandanlıq və nəzarətin bir hissəsi olduğunu söyləyirlər.
Çin əvvəllər KJ-200 və KJ-500 də daxil olmaqla, müxtəlif köhnə erkən xəbərdarlıq təyyarələrindən istifadə edib.
KJ-3000 hazırda prototip statusundadır və aktiv xidmətə daxil olma vaxtı ilə bağlı heç bir rəsmi təfərrüat açıqlanmayıb.
Sevinc Əliyeva
Ordu.az