ASELSAN NATO-nun Modulyar HHM Layihəsi üçün seçilmiş 5 şirkətdən biri oldu

2025/05/1748688390.jpg
Oxunub: 659     15:45     31 May 2025    
NATO Dəstək və Satınalma Agentliyi (NSPA) Modulyar Hava Hücumundan Müdafiə (Ground Based Air Defence - GBAD) Konsepsiya Mərhələsi üçün həyata keçirdiyi yeni prosesdə ASELSAN da daxil olmaqla, 5 şirkətlə çərçivə sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

ASELSAN-ın bu araşdırmada “Airbus Defence and Space GmbH”, “Lockheed Martin UK”, “Raytheon” və “Thales LAS” kimi qlobal müdafiə nəhəngləri ilə iştirakı Türkiyənin hava hücumundan müdafiə sahəsində texnoloji imkanlarının beynəlxalq miqyasda təsdiqi deməkdir.

Müqavilə çərçivəsində birinci mərhələdə 5 podratçı konseptual tədqiqat (sistem arxitekturası) üzərində işləyəcək.

Bu kontekstdə yaradılacaq hərtərəfli sistem arxitekturası çərçivəsi növbəti mərhələlərdə modulluq və yeni texnologiyalar üzrə tədqiqatlara rəhbərlik edəcək.

İş nəticələrinin sentyabrın ortalarında təhvil verilməsi və bu tədarüklər əsasında ən uyğun sistem arxitekturalarının qiymətləndirilməsi planlaşdırılır. Layihədə iştirak edən şirkətlər rəqabətli struktur daxilində müstəqil və innovativ perspektivləri ilə modulyar GBAD həllərinə töhfə verəcəklər.

Məqsəd NATO tərəfindən müəyyən edilmiş əməliyyat və logistik imkanlara cavab verən çevik, qarşılıqlı fəaliyyət göstərən və dayanıqlı sistem infrastrukturlarını inkişaf etdirmək olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   NATO  


Bizi "telegram"da izləyin