Ordu.az “Armyrecognition”a sitinadən xəbər verir ki, bu modernləşdirmə sistemin istifadə müddətini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda onun dəqiq zərbə qabiliyyətini və döyüş meydanında dayanıqlığını artırır.
Yeni M270A2 HIMARS ilə birgə istifadə edilən Atəşə Nəzarət Sistemi (CFCS) sayəsində həm mövcud, həm də gələcək nəsil döyüş sursatları ilə uyğun gəlir.
Bu sistemlə 150 km mənzilli ER GMLRS və 500+ km mənzilli “PrSM” raketləri istifadə edilə bilər.
Bundan əlavə, gücləndirilmiş mühərrik və asqı sistemi ilə hərəkətlilik artırılıb, yeni zirehli kabinə (IAC) sayəsində ekipajın mühafizəsi və istifadə rahatlığı yaxşılaşdırılıb.
İlk M270A2 sistemləri Avropadakı 41-ci Artilleriya Briqadasına çatdırılıb. Modernləşmə ABŞ ilə məhdudlaşmır, Britaniya, İtaliya və Finlandiya kimi ölkələr də oxşar təkmilləşdirmə proqramlarına başlayıb.
M270A2 NATO daxilində birgə əməliyyat qabiliyyəti və uzun mənzilli atəş gücü baxımından yeni dövrün qapısını açır.
Sevinc Əliyeva
Ordu.az