Ordu.az xəbər verir ki, bu barədə “Armyrecognition” məlumat yayıb.
Sınaqlar NATO-nun hava və raketdən müdafiəyə yönəlmiş “Formidable Shield 2025” təlimi çərçivəsində həyata keçirilib.
“Coyote” “Mach 2.5”dən çox sürətə çata bilən və dəniz səthinə çox yaxın uça bilən, müttəfiq qüvvələrə müdafiə sistemlərini real təhlükələrə qarşı sınaqdan keçirməyə imkan verən qabaqcıl hədəf vasitəsidir.
180-dən çoxu istehsal edilmiş bu sistem radioelektron əks tədbirlər və radar simulyasiyaları kimi müxtəlif missiya profillərinə uyğunlaşdırıla bilər.
Bu sınaq NATO-nun inteqrasiya olunmuş müdafiə qabiliyyətinin təkmilləşdirilməsi və real təhlükə simulyasiyaları ilə hazırlığının təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az