Pentaqon “Qızıl Günbəz” sisteminə nəzarət edəcək qurumu ləğv edib

2025/05/1748688100.jpg
Oxunub: 627     15:01     31 May 2025    
ABŞ müdafiə naziri Pit Heqset Pentaqonun əsas nəzarət orqanlarından biri olan Əməliyyat Sınaq və Qiymətləndirmə Direktorluğunu (DOT&E) əhəmiyyətli dərəcədə kiçiltmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “CNN International” məlumat yayıb.

Aprelin sonunda DOT&E Pentaqona və digər müvafiq müdafiə qurumlarına göndərdiyi memorandumda “Qızıl Günbəz”i rəsmi olaraq təftiş altına aldığını elan edib.

Bu addım Müdafiə Departamentindən qanunun və öz direktivlərinin tələb etdiyi kimi, istifadə edilməzdən əvvəl genişmiqyaslı müdafiə layihələrini müstəqil şəkildə sınaqdan keçirməsini tələb edir.

Lakin bu bildirişdən sonra bir neçə gün ərzində ofis üçün köklü struktur dəyişikliyi baş verib. İşçilər Pentaqonda qəfil toplantıya çağırılıblar, burada onlara personalın sayının 100-dən 30-a endiriləcəyi və kənar podratçı dəstəyin tamamilə dayandırılacağı bildirilib.

Qərarın vaxtı və əhatə dairəsi bir çox müdafiə rəsmiləri və müşahidəçilərin tənqidinə səbəb olub. Bəzi səlahiyyətlilər bu kiçiltmənin “Qızıl Günbəz” sisteminin müstəqil qurum tərəfindən sınaqdan keçirilməsini əngəlləmə məqsədi daşıdığını irəli sürüblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Qızıl-Günbəz  


Bizi "telegram"da izləyin