Rusiya F-16-ları vuran hərbi qulluqçuya 200 min dollar mükafat təklif edir

2025/05/1748687949.jpg
Oxunub: 656     16:15     31 May 2025    
Ukraynada ABŞ F-16 döyüş təyyarəsinin vurulmasında iştirak edən 12 rus hərbi qulluqçunun hər birinə təxminən 200 min dollar mükafat verilib.

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, bu mükafatı Rusiyanın “Forse” enerji şirkəti verib.

Şirkət ötən il mükafat proqramı çərçivəsində ilk F-16-nın vurulmasında əməyi olan hərbi qulluqçulara ümumilikdə 15 milyon rubl (təxminən 2,4 milyon dollar) verəcəyini açıqlamışdı.

Mərasim Rusiya-Ukrayna sərhədinə yaxın bir nöqtədə keçirilib. Bu mükafat onu göstərib ki, Rusiya tərəfi Qərbin qabaqcıl silah sistemlərinin məhvinə üstünlük verir və bu istiqamətdə əməliyyatları təşviq edir.

Ukrayna Bayden hakimiyyəti dövründə aldığı F-16 döyüş təyyarələrindən üçünü itirdiyini açıqlayıb. Vaşinqtonun dəstəyi ilə hava qüvvələrini modernləşdirməyə çalışan Kiyev yeni sülh danışıqları ərəfəsində diplomatik təzyiqlərlə üzləşir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   F-16  


Bizi "telegram"da izləyin