Ordu.az xəbər verir ki, təyyarədə 7 raket tutumlu 6 ədəd 70 mm-lik pod, ümumilikdə 8 ədəd AIM-9X və AIM-120 tipli raket yer alır.
Təyyarədə ümumilikdə 42 raket və 8 “hava-hava” raketi var. Bu, bir növdə 50 nişanalma imkanı təklif edir.
Təyyarədə görünən silahlar arasında seçilən APKWS II (Advanced Precision Kill Weapon System) əslində lazerlə idarə olunan 70 mm-lik raketlərdən ibarət ucuz bir sursat sistemidir.
Təyyarədəki bu yeni kombinasiya xüsusilə pilotsuz uçuş aparatları və aşağı sürətli qanadlı raketlər kimi hədəflərə qarşı təsirli olan “hava-hava missiyalı sursat daşıyıcısı” funksiyasını yerinə yetirir.
Əvvəllər F-16 və A-10 kimi platformalarda istifadə edilən APKWS II sisteminin F-15E-yə inteqrasiyası “Eglin” aviabazasında keçirilən sınaq fəaliyyətləri nəticəsində əldə edilib.
Sevinc Əliyeva
Ordu.az