Hindistan döyüş təyyarəsi mühərriki yaratmaq üçün ABŞ-yə alternativ axtarır

2025/05/1748685393.jpg
Oxunub: 445     16:55     10 İyun 2025    
Hindistan ən azı üç ölkənin müdafiə şirkətləri ilə döyüş təyyarəsi mühərriklərinin birgə istehsalı ilə bağlı danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ ilə davam edən F414 mühərriki danışıqlarının yavaş irəliləməsi Yeni Dehlini Fransa, Böyük Britaniya və Yaponiyadan gələn təklifləri nəzərdən keçirməyə vadar edib.

Londonda yerləşən “Rolls-Royce” şirkəti aprel ayında Hindistan Müdafiə Nazirliyinin rəsmilərinin Böyük Britaniyaya səfəri zamanı mühərriklərin birgə istehsalı və texnologiyanın ötürülməsi təklifi ilə çıxış edib.

Eyni şəkildə, Fransanın “Safran” şirkəti də əqli mülkiyyət hüquqlarını paylaşmağa və texnologiya transferinə açıq olduğunu bildirib.

Yaponiya isə analoji təklifi may ayında təqdim edib. Bu danışıqlar Hindistanın müdafiə naziri Racnath Sinqhin yaponiyalı həmkarı ilə Yeni Dehlidə apardığı danışıqlara paralel aparılıb. İki ölkə tank mühərrikləri və aviasiya mühərrikləri də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığa can atır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ   Mühərrik  


Bizi "telegram"da izləyin