Kiyev tezliklə “Taurus”larla Moskvanı vura bilər

2025/05/1748685252.jpg
Oxunub: 962     20:18     31 May 2025    
Almaniya Ukraynaya “Taurus” raketləri tədarük etsə, Kiyev Rusiyanın bir neçə mühüm şəhər və obyektlərini, xüsusən də Moskvanı vura bilər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Rusiya-Ukrayna müharibəsində sülh səyləri zamanı Almaniyanın Rusiyaya hücum etmək üçün Ukraynaya “Taurus” raketləri göndərməyi düşündüyünə dair iddialar raket sisteminin gündəmə gəlməsinə səbəb olub.

Almaniya rəsmilərinin son açıqlamalarından sonra Ukraynanın “Taurus” raketlərini əldə etmək ümidləri artıb.

Almaniyanın keçmiş kansleri Olaf Şolts vəzifədə olduğu müddətdə ölkəsinin təhlükəsizliyinə təhlükə yaradacaq heç bir iş görməyəcəyini və Rusiyanın dərinliklərinə təsir edə biləcək uzun mənzilli silah olan “Taurus” qanadlı raketlərini verməyəcəyini vurğulayıb.

Digər tərəfdən, Almaniyanın hazırkı kansleri Fridrix Merts vəzifəyə başlamazdan əvvəl dediyi kimi, Almaniyanın avropalı tərəfdaşlarla koordinasiyalı şəkildə Ukraynaya “Taurus” qanadlı raketlərini verə biləcəyinə inanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Moskva   Taurus  


Bizi "telegram"da izləyin