“Nurol Makina” İndoneziyada keçiriləcək INDO DEFENSE EXPO & FORUM sərgisində iştirak edəcək

2025/05/Ekran-1748685191.jpg
Oxunub: 441     16:39     10 İyun 2025    
Türkiyə müdafiə sənayesinin aparıcı zirehli vasitə istehsalçılarından biri olan “Nurol Makina” 2025-ci il iyunun 11-14-də İndoneziyada keçiriləcək INDO DEFENSE EXPO & FORUM sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, “Nurol Makina” Asiya-Sakit Okean bölgəsindəki varlığını gücləndirməyi hədəflədiyi bu mühüm sərgidə bir müddət əvvəl İndoneziya Polis Xüsusi Təyinatlı Qüvvələrinin (BRIMOB) inventarına daxil olan “Yörük” 4×4 zirehli avtomobilini nümayiş etdirəcək.

Dayanıqlılığı, yüksək hərəkətliliyi və müxtəlif vəzifələrə uyğun quruluşu ilə seçilən “Yörük” 4×4 beynəlxalq miqyasda özünü sübut etmiş bir platforma olaraq sərgidə diqqət mərkəzində olacaq.

Sərgi boyu şirkət öz ziyarətçiləri ilə C-130 I nömrəli stenddə görüşəcək.

“Nurol Makina” rəsmiləri avtomobilin texniki xüsusiyyətləri haqqında məlumat vermək, tətbiq nümunələrini bölüşmək və potensial əməkdaşlıqları qiymətləndirmək üçün sahədə iştirak edəcəklər.

Sərgidə “Nurol Makina”nın müxtəlif vəzifə profillərinə uyğunlaşa bilən geniş çeşidli zirehli vasitələri, xüsusilə “Yörük” 4x4 platforması haqqında məlumatlar da paylaşılacaq.

Ziyarətçilər bu vasitələrin müxtəlif əməliyyat şəraitinə necə inteqrasiya oluna biləcəyini birbaşa öyrənmək imkanı əldə edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nurol-Makina   İndoneziya  


Bizi "telegram"da izləyin