“KEYVAN Havacılık”: 5 ildə qlobal gücə çevrilən uğur

2025/05/Ekran-1748685124.jpg
Oxunub: 447     16:10     10 İyun 2025    
“KEYVAN Havacılık” 5 illik yubileyini qeyd edir.

Ordu.az xəbər verir ki, aviasiya və naviqasiya məlumat bazaları sahəsində qabaqcıl mövqedə fəaliyyət göstərən “KEYVAN Havacılık” 5 illik yubileyini qürurla qeyd edir.

2020-ci ildə qurulan şirkət beynəlxalq layihələrdəki uğurları, innovativ yanaşmaları və müştəri yönümlü xidmət yanaşması ilə qısa zamanda qlobal oyunçuya çevrilib.

Öz sahəsində dünyada dörd şirkət arasında Türkiyənin ilk və yeganə şirkəti olan KEYVAN qurulduğu gündən etibarən sektorda davamlı layihələr həyata keçirərək, qısa müddət ərzində böyük sürət əldə edib və etibarlı, strateji həll ortağı olmağı bacarıb.

Aviasiya proqram təminatları, uçuş əməliyyat həlləri və aviasiya məlumat analitikası sahəsində beynəlxalq standartlara uyğun məhsullar inkişaf etdirən KEYVAN qlobal oyunçu olmaq hədəfinə çatıb və sektorda etibarlı brend kimi qəbul edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KEYVAN   Türkiyə  


Bizi "telegram"da izləyin