Ordu.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin satınalma bölməsinin verdiyi açıqlamada 5700 tonluq ümumi təyinatlı suüstü gəminin suya buraxılmasının son hazırlıqlara keçidə işarə etdiyi bildirilib.
“DE&S Type 31” komandasının lideri Stiv Ranyard verdiyi açıqlamada qeyd edib:
“HMS Venturer”in xidmətə daxil olması Kral HDQ-nin “Type 31” sinfinə məxsus freqatlarının bütün parkının uğuruna yol açır. Tamamlandıqda, onlar təcavüzün qarşısını almaqda, millətimizin və müttəfiqlərimizin təhlükəsizliyini və rifahını qorumaqda ön sıralarda olacaqlar”.
Məlumata görə, Kral HDQ-nin yeni “Type 31” gəmiləri “Sea Ceptor” dəniz hava hücumundan müdafiə sistemi, 57 mm-lik əsas silah, 2 ədəd 40 mm-lik “Bofors” silahı, 4D radar və mina ovlama sistemləri və ya pilotsuz uçuş aparatları kimi missiyaya xas avadanlıqlar üçün anbarla təchiz ediləcək.
Sevinc Əliyeva
Ordu.az