Aİ Şurası üzv ölkələr üçün müdafiə krediti proqramını təsdiqləyəcək

2025/05/1748683936.jpg
Oxunub: 701     17:39     31 May 2025    
Avropa Şurası üzv dövlətlərə birgə müdafiə tədarükü kreditlərində dəstək olmaq üçün yeni təşəbbüsə start verildiyini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avropa İttifaqının Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) proqramı üzv dövlətlərin Avropanın müdafiə texnologiyası və sənaye bazasına təcili və irimiqyaslı investisiyalarının maliyyələşdirilməsi proqramının başlandığını elan edib.

Proqrama əsasən, sorğu əsasında və milli planlar əsasında bütün müvafiq üzv dövlətlərə təqribən 150 milyon avro ödəniləcək.

SAFE proqramı Avropa ölkələrinin müdafiə sənayesi istehsal imkanlarını artırmaq, mövcud imkan çatışmazlıqlarını aradan qaldırmaq və müdafiə avadanlığının lazım gəldikdə hazır olmasını təmin etmək məqsədi daşıyır.

Bu məqsədlə maliyyələşdiriləcək prioritet müdafiə vasitələrinə sursat və raketlər, artilleriya sistemləri, dəniz səthi və sualtı imkanlar, pilotsuz uçuş aparatları və antidron sistemləri daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Müdafiə   Kredit  


Bizi "telegram"da izləyin