Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Rostec” Rusiyanın dövlət mediası “Sputnik”ə açıqlamasında bildirib ki, cəbhə xəttində ələ keçirilən “Leopard 2” tankının texniki xüsusiyyətlərini araşdıran rusiyalı mütəxəssislər tankın müdafiəsində boşluqlar aşkar ediblər.
“Mütəxəssislərimiz tərəfindən yoxlanılan “Leopard 2” tankında müdafiə zəifliyi aşkar edilib. Bunlar həm zirehin qalınlığına və tərkibinə, həm də platformanın daxili quruluşuna aiddir. Tankın dözümlülük qabiliyyəti müasir döyüş şəraitində qeyri-kafi ola bilər. Məsələn, partlayıcı başlığa malik pilotsuz uçuş aparatları və müasir tank əleyhinə raketlər tərəfindən müxtəlif rakurslardan hücuma məruz qaldıqda zərərsizləşdirilə bilər”, - deyə açıqlamada bildirilib.
Mütəxəssislər belə qənaətə gəliblər ki, “Leopard 2” müdafiə sistemi 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərinə xas olan klassik tank əleyhinə amillərə yönəlib və bu günün tələblərinə tam cavab vermir.
Sevinc Əliyeva
Ordu.az