Rusiya “Mi-8” helikopterindən kamikadze PUA-sı buraxıb

2025/05/1748683814.jpg
Oxunub: 667     15:59     31 May 2025    
Rusiya qüvvələri reaktiv mühərrikli “Dan-M” Pilotsuz Uçuş Aparatının (PUA) mənzilini genişləndirmək məqsədi daşıyan bir taktika ilə “Mi-8” helikopterlərindən PUA-nı buraxıb.

Ordu.az xəbər verir ki, Rusiya mətbuatı PUA-nın Rusiya Aerokosmik Qüvvələrinin (VKS) idarə etdiyi helikopterdən buraxıldığını əks etdirən kadrlar dərc edib.

Rusiya KİV-ləri iddia edir ki, “Dan-M”in havadan buraxılmasının bu üsulu yerüstü buraxılışla müqayisədə daha geniş mənzil və çeviklik təmin edir.

Bundan əvvəl Ukrayna müdafiə mənbələri işğal olunmuş Krımdan buraxılan bu PUA-ların Ukrayna ərazisinə hücumlarda istifadə edildiyini bildirib.

Əvvəlcə hava hücumundan müdafiə bölmələri üçün təlim hədəfi kimi nəzərdə tutulmuş “Dan-M” indi yüksək partlayıcı yük daşıya bilən kamikadze PUA-sına çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Mi-8   PUA  


Bizi "telegram"da izləyin