İsrail Livanda "Hizbullah" komandirlərindən birini zərərsizləşdirib

2024/11/1732856593.jpg
Oxunub: 516     11:43     31 May 2025    
İsrail ordusunun Livanın cənubundakı Deyr-əz-Zəhrani rayonuna endirdiyi aviazərbələr nəticəsində “Hizbullah” terror qruplaşmasının raket qrupunun komandiri Məhəmməd Əli Camul zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” hesabında məlumat verilib.

Bildirilib ki, bu şəxsin fəaliyyəti İsrail və Livan arasındakı razılaşmaların icrasına əngəl törədib.

Məlumatda həmçinin, İsrail Ordusunun ölkəyə yönələn istənilən təhlükənin qarşısını almağa davam edəcəyi də açıqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin