Aİ Rusiyaya qarşı sanksiyalar çərçivəsində Ermənistan vasitəsilə hərbi malların ixracında irəliləyiş qeydə alıb

2025/05/1748675374.jpg
Oxunub: 693     16:36     31 May 2025    
Almaniya Xarici İşlər Nazirliyinin daxili hesabatına görə, Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının mayın 20-də Brüsseldə keçirilən iclasında gələcək sanksiyalar, keçmiş uğur və çatışmazlıqlar müzakirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri yazıb.

Nəşr qeyd edib ki, bağlı qapılar arxasında keçirilən görüşdə yüksək səviyyəli rəsmilər, o cümlədən Aİ-nin Sanksiyalar Komitəsinin rəhbəri Devid O-Sallivan və Aİ Kəşfiyyat Koordinasiya Ofisinin direktoru Daniel Markiç iştirak edib.

“Hesabata görə, O-Sallivan və Markiç sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir edəcəyini vurğulayıblar. Aİ üçüncü ölkələr, xüsusilə Ermənistan, Serbiya, Özbəkistan və Hindistan kimi ölkələr vasitəsilə hərbi malların ixracı baxımından sanksiya siyasəti ilə müəyyən uğur qazanıb.

Bununla belə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə ilə bağlı çətinliklər qalmaqdadır. BƏƏ ixracın dayandığını bildirib, lakin heç bir statistika təqdim etməyib. İdxal məlumatları fərqli nəticələr çıxarmağa imkan verib. O-Sallivan deyib ki, Çin, o cümlədən Honq-Konq sanksiyalardan yayınmanın “təxminən 80%-nə” cavabdehdir və bunu inkar etməkdə davam edir. Aİ şirkətləri də iştirak edir ki, bu da Aİ Komissiyasının üçüncü ölkələrlə sanksiyalarla bağlı danışıqlarda mövqeyini zəiflədir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin